Modern.az

Tokayev də Moskva paradında iştirak edəcək

Tokayev də Moskva paradında iştirak edəcək

Dünya

8 May 2023, 14:28

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvada keçiriləcək Qələbə hərbi paradında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibai məlumat verib.

 

Mayın 8-9-da Tokayev Rusiyaya işgüzar səfər edəcək və burada paradda iştirak edəcək. O, Tver vilayətində Rjev memorialını ziyarət edəcək və həlak olan 100 və 101-ci atıcı diviziyaların qazax əsgərlərinin xatirəsini yad edəcək.

 

Tokayev dayısı Qasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığa da baş çəkəcək. Rjev döyüşündə Qazaxıstandan çağırılmış 22 minə yaxın əsgər və zabit iştirak edib.

 

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarov və Ermənistan baş naziri Nikol Paşinyanın Moskvadakı paradda iştirakı təsdiqlənib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi