Modern.az

Türkiyə seçkiləri: Xaricdə səsvermə bu gün başa çatır

Türkiyə seçkiləri: Xaricdə səsvermə bu gün başa çatır

Dünya

9 May 2023, 10:12

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri üçün ölkə xaricində səsvermə bu gün başa çatır.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, 1 632 000 seçici bu vaxta qədər xaricdə səs verib. Xarici ölkələrdə səsvermə Türkiyənin diplomatik nümayəndəliklərində və gömrük məntəqələrində həyata keçirilir.

 

27 apreldən başlayan prosesin 9 mayda - bu gün sona çatması nəzərdə tutulmuşdu. Artıq bəzi ölkələrdə verilən səslər Ankaraya göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi