Modern.az

Zelenskinin ofisinin əməkdaşı Donetskdə həyatını itirdi

Zelenskinin ofisinin əməkdaşı Donetskdə həyatını itirdi

Dünya

9 May 2023, 15:14

Ukrayna Prezident Ofisinin əməkdaşı Oleksiy Titarenko Rusiya ilə müharibədə həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ofisin rəhbəri Andriy Yermak tviter səhifəsində məlumat verib.

 

"Donetsk regionunda ön cəbhədə həlak oldu. Daxili və Humanitar Siyasət Şöbəsində baş məsləhətçi olaraq çalışırdı. Ailəsinə, dostlarına başsağlığı verirəm. Ukrayna hər zaman qəhrəmanlarını xatırlayacaq", - deyə o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi