Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlər ittifaqın müdafiə sənayesini inteqrasiya etmək üçün daha çox çalışmalıdır.
Modern.az xəbər verir ki, bununla bağlı "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, müdafiə sahəsində daha sıx əməkdaşlıq üçün səyləri gücləndirmək lazımdır.
“Ukraynadakı münaqişə Avropanın yalnız bir ağızdan danışdığı təqdirdə eşidiləcəyini dərk etməyin nə qədər vacib olduğunu bizə göstərdi”,- deyə Şolts bildirib.
Almaniya kansleri qeyd edib ki, müdafiə məsələlərindən əlavə, miqrasiya problemlərinin də ümumi həllinə ehtiyac var. O, həmçinin vurğulayıb ki, mövcud problemlər 2024-cü ildə keçiriləcək seçkilərə qədər həll yolu tapılmalıdır.