Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
"Nazir Çavuşoğlu Rusiya Federasiyası, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə mayın 10-da Moskvada keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün 9-10 may 2023-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək.
Görüşdə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsinin aparılması, humanitar, o cümlədən terrorla mübarizə, siyasi proseslər, qaçqınların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Nazirimizin görüş çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur", - deyə qeyd olunub.