Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass gələn həftə Tayvana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.
Səfər mayın 17-də baş tutacaq. Məlumata görə, o, Tayvan administrasiyasının yüksək vəzifəli üzvləri ilə görüşəcək.
Britaniyanın ən qısa müddətə baş naziri olan Trass ötən ilin sentyabrında vəzifəyə gəlib, lakin onun iqtisadi siyasəti bazarda qarışıqlıq yaratdıqdan sonra istefa vermək məcburiyyində qalıb. Vəzifəsindən ayrıldıqdan sonra o, Çinə qarşı daha sərt mövqe nümayiş etdirib.