Modern.az

ABŞ ATACMS-lərlə bağlı Britaniyanın mövqeyini bölüşmür

ABŞ ATACMS-lərlə bağlı Britaniyanın mövqeyini bölüşmür

Dünya

10 May 2023, 09:36

ABŞ uzun mənzilli raketlərin göndərilməsində Böyük Britaniyanın xəttini davam etdirməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

 

Nəşrin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, uzaq mənzilli ATACMS sistemlərinin tədarükü ilə bağlı siyasət dəyişməyib. Bu texnika Ukraynaya göndərilməyəcək.

 

Eyni zamanda, ABŞ Ukraynaya “Patriot” kimi hava hücumundan müdafiə sistemləri, həmçinin döyüş sursatları və zirehli maşınlar tədarükünü davam etdirəcək.

 

Xatırladaq ki, Böyük Britaniya mayın 2-də Ukraynanı 300 kilometrə qədər mənzili olan raketlərlə təmin etməkdə maraqlı olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi