Modern.az

Yunan general Ukraynanı cinayətdə ittiham etdi

Yunan general Ukraynanı cinayətdə ittiham etdi

Dünya

10 May 2023, 11:50

"Ukrayna döyüşləri sakinlərin olduğu şəhərlərə köçürməklə cinayət törədib".


Modern.az xəbər verir ki, bunu Yunanıstan Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru, Yunanıstan-Rusiya İttifaqının baş katibi Pavlos Kristou deyib.


Onun sözlərinə görə, hərbi qarşıdurma yalnız açıq məkanda ordular arasında aparılmalıdır. General xatırladıb ki, İkinci Dünya Müharibəsi illərində əhali olan şəhərlərdə döyüşlər az olub: "Onlar döyüşəndə ​​insanların çoxu şəhərləri tərk edib".


Kristou bildirib ki, şəhərlərdə gedən döyüşlər nəticəsində çoxlu sayda insan ölür. O, "Ukraynanın əhalini döyüşün ortasında saxlamağını, şəhərdə, xəstəxanalarda hərbi bazalar yaratmağını" beynəlxalq hüquqa zidd olduğunu söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi