Modern.az

Çavuşoğlu Lavrovla görüşdü - YENİLƏNİB

Çavuşoğlu Lavrovla görüşdü - YENİLƏNİB

Dünya

10 May 2023, 12:58

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşünün detallarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Suriya mövzusu ilə bağlı dördtərəfli XİN başçıları toplantısından öncə rusiyalı həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı hadisələr, eləcə də taxıl sazişini müzakirə etdik", - deyə Çavuşoğlu yazıb.

 

 

***

12:14

 

Rusiya və Türkiyə XİN başçıları Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında Moskvada görüş keçirilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Suriya, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Moskvada keçiriləcək dördtərəfli görüşü çərçivəsində baş tutub.

 

Görüş zamanı ikitərəfli və regional məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, bundan əvvəl Moskvada səfərdə olan Suriya və İran XİN başçılarının da görüşü olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi