Modern.az

Xanın həbsi ölkəni qarışdırdı: Ölən və yaralılar var - FOTOLAR

Xanın həbsi ölkəni qarışdırdı: Ölən və yaralılar var - FOTOLAR

Dünya

10 May 2023, 14:22

Pakistanın sabiq baş naziri İmran Xanın həbsindən sonra onun tərəfdarları kütləvi etiraz aksiyalarına başlayıb.

 

Modern.az xəbər verir ki, ölkənin bəzi yerlərində etirazçılarla polis arasında toqquşma yaşanıb.

 

Hökumət İmran Xanın Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının tərəfdarlarının dövlət binalarına hücum etdiyini, şəxsi və ictimai avtomobillərə zərər vurduğunu açıqlayıb.

 

Polisin yaydığı məlumatda qeyd edilib ki, Pəncab əyalətində 25 polis maşını və 14-dən çox dövlət binası yandırılıb. Aksiyalar zamanı Xanın 945 tərəfdarı həbs olunub.

 

"Twitter", "YouTube" və "Facebook"un ölkə ərazisində fəaliyyəti müvəqqəti dayandırılıb.

 

Pakistanın dörd vilayətindən üçündə hakimiyyət Xanın tərəfdarlarının polislə toqquşmasından sonra bütün toplantıları qadağan edib.

 

Dünən gecə saatlarında baş verən toqquşmalarda bir nəfər həlak olub. Çoxlu sayda yaralıların olduğu bildirilir.

 

Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızlıq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılıb. Ötən gün sabiq Baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Onun rüşvət və terrorçuluqda ittiham olunduğu deyilir.

 

12428481242849

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi