Modern.az

Qərb Ukraynaya 600 növ silah verib - ABŞ hərbçisi

Qərb Ukraynaya 600 növ silah verib - ABŞ hərbçisi

Dünya

11 May 2023, 10:25

"Qərb Ukraynanın əks-hücum əməliyyatı üçün təxminən 600 növ silah verib".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığının sözçüsü Martin O'Donnell bildirib.

 

Onun sözlərinə görə, bu, dünyada hər hansı bir ordunun, xüsusən də döyüşən hansısa qüvvənin malik olduğu silahdan çoxdur.

 

"Hələ Ukraynaya verilən silahların hamısı işə salınmayıb. Yaxın həftələrdə və aylarda, hər şey başlayanda, ukraynalıların onlara təqdim olunan sistemlərdən necə istifadə etməsi əhəmiyyətli olacaq", - sözçü deyib.

 

"Ukrayna böyük iş görür", - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi