Modern.az

Paşinyan Brüssel görüşündən danışdı - Qərarım dəyişməyib

Paşinyan Brüssel görüşündən danışdı - Qərarım dəyişməyib

Dünya

11 May 2023, 11:12

Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki toqquşma fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında bildirib.

 

O, çıxışı zamanı sülh müqaviləsindən də danışıb. Belə ki, Paşinyan mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab etdiyini söyləyib.

 

Bundan əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan mayın 14-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcəyini təsdiqləyib.

 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi