Modern.az

Hər 3 dəqiqədə 1 "Togg" istehsal olunacaq - FOTOLAR

Hər 3 dəqiqədə 1

Dünya

11 May 2023, 12:08

Türkiyənin ilk yerli elektromobili olan "Togg" maşınlarının Gemlikdə yerləşən düşərgəsində istehsal fasiləsiz olaraq davam edir.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə zavodun icraçı direktoru Mehmet Gürcan Karakaş məlumat verib.

 

Onun sözlərinə görə, hər 3 dəqiqədə 1 ədəd "Togg" avtomobili istehsal olunacaq.

 

"Gündəlik 80 nəqliyyat vasitəsi istehsal etmək imkanına malik olmuşuq. Potensialımızı artırırıq. İndiyə qədər 170-ə yaxın maşın təhvil verilib. Bu istiqamətdə proqramımızı ilin sonuna qədər tamamlayacağıq", - deyə o bildirib.

 

Qeyd edək ki, "Togg" elektromobilləri Azərbaycan və Özbəkistan prezidentlərinə də hədiyyə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi