Modern.az

Tvitterdə yenilik: Sınayın, amma etibar etməyin

Tvitterdə yenilik: Sınayın, amma etibar etməyin

Dünya

11 May 2023, 13:28

İlon Mask tvitterdə şəxsi mesajların şifrələnməsinin sınaq versiyasının istifadəyə verildiyini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri paylaşım edib.

 

"Şəxsi mesaj şifrələmə sınaq proqramı yenicə başladıldı. Sınayın, amma hələ etibar etməyin", - o, yazıb.

 

Qeyd edək ki, Mask bundan əvvəl də bu məsələyə toxunub. O şifrələmə ilə bağlı əvvəlki çıxışlarından birində deyib: "Şifrələmə elə qurulmalıdır ki, heç kim “başına silah dayasa” belə şəxsi məlumatları görə bilməsin".

 

Bundan əvvəl platformada mesajların şifrələnməsini işə salmaq üçün bir neçə dəfə cəhd edilib, lakin nəticəsi olmayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi