Modern.az

Kremldən sərhəddəki toqquşmaya REAKSİYA - Putinlə Paşinyan...

Kremldən sərhəddəki toqquşmaya REAKSİYA - Putinlə Paşinyan...

Dünya

11 May 2023, 14:09

"Böyük Britaniya tərəfindən Ukraynaya uzaqmənzilli raketlərin tədarükü Rusiya ordusundan adekvat cavab tələb edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır. Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı “çox uzağa getməyə” dəyməz. Rusiya iqtisadiyyatında vəziyyət tamamilə idarəediləbiləndir, lazımi təhlükəsizlik marjası var", - Putinin mətbuat katibi bildirib.

 

O, həmçinin Ermənistan və Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmaya da toxunub.

 

"Ermənistanın baş nazirinin 9 Mayla bağlı Moskvaya səfəri zamanı Putinlə Paşinyan arasında ayrıca söhbət olub. Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Putinin Paşinyan və Əliyevlə təmasları hazırda planlaşdırılmır. Rusiya Federasiyası Ermənistan və Azərbaycandan yeni gərginlik fonunda təmkinli davranış gözləyir. Kreml taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqların gedişini şərh etmir, İstanbuldan xəbər gözləmək lazımdır. Putinin cədvəlində hələ ki, Ərdoğanla telefon danışığı planları yoxdur", - deyə Peskov qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi