Modern.az

Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi

Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi

Dünya

11 May 2023, 17:16

Pakistanın Ali Məhkəməsi ölkədə iki gün davam edən kütləvi etirazlardan sonra keçmiş baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Qeyd edək ki, sabiq baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Gecə saatlarında baş verən toqquşmalarda bir nəfər həlak olub. Çoxlu sayda yaralıların olduğu deyilir.

 

İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi