Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinə raket hücumu həyata keçirib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak məlumat verib.
O bildirib ki, hücum nəticəsində 6 nəfər yaralanıb. "Hazırda tibbi personal onlara yardım göstərir", - deyə Yermak qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.