Modern.az

Rusiyada Mərkəzi Asiya miqrantları da səfərbər olunacaq?

Rusiyada Mərkəzi Asiya miqrantları da səfərbər olunacaq?

11 May 2023, 18:00

Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya vətəndaşlığını qəbul etmiş Mərkəzi Asiya ölkələrindən olan miqrantların səfərbər olunmasının mümkünlüyünə eyham vurub.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki o, mətbuat konfransında çıxış zamanı bu barədə danışıb.

 

Bastrıkin bildirib ki, miqrantların sayı artır və bununla da onların xüsusilə böyük şəhərlərdə törətdikləri ağır cinayətlərin sayı artır. O, “Böyük Britaniyanın sosial şəbəkələrində oxumağa çalışdığı şərhlərdən” sitat gətirib.

 

"İnsanların dilə gətirdiyi fikir budur: ruslar cəbhədə olduğu halda, miqrantlar arxada bizə hücum edir. İnsanlar təklif edir ki, əgər Rusiya vətəndaşıdırlarsa, vətəndaşlıq alıblarsa, zəhmət olmasa, cəbhə xəttinə getsinlər. İstəmirsinizsə, onda vətəninizə gedin”, - Bastrıkin bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi