Türkiyənin Adana vilayətinin Pozantı bölgəsində 4 avtomobil, 2 polis maşını, 2 pikap və bir TIR-ın iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Modern.az xəbər verir ki, bu barədə "HaberTürk" kanalı məlumat yayıb.
Bildirilir ki, qəza zamanı 7 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb.
Hadisə yerinə sağlamlıq və polis qrupları cəlb olunub.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Qəza səbəbindən magistral yol bağlanıb.