Modern.az

ABŞ-ın “Abrams” tankları payızda Ukraynada olacaq

ABŞ-ın “Abrams” tankları payızda Ukraynada olacaq

12 May 2023, 09:37

ABŞ-ın “Abrams” tankları payızın əvvəlində Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək. 

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Senatında Pentaqonun rəhbəri Lloyd Ostin danışıb.

 

"Biz bu tankların çatdırılmasını sürətləndirmək üçün mümkün olan hər şeyi edirik, məsələn, payızın başlanğıcı bir proqnozdur. Bir neçə tank təlim üçün Ukraynaya təhvil verilib. ABŞ texnikaya xidmət edilə bilməsi üçün infrastruktur da yerləşdirir", - deyə o bildirib.

 

Ostin turbin mühərrikə malik və müasir mürəkkəb sistemlərlə təchiz edilmiş tankların xüsusiyyətlərinə diqqət çəkib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi