Türkiyənin milli müdafiə naziri Hulusi Akar taxıl sazişindən danışıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir Yunanıstanla hərbi təlimlərə moratorium tətbiq olunması mövzusuna da toxunub.
"Taxıl sazişinin müddətinin uzadılması mövzusunda razılaşmanın əldə olunmasına doğru gedirik. Ukrayna limanlarındakı 6 yük gəmimizin təhlükəsiz şəkildə ölkəmizə qayıtması ilə bağlı razılıq təmin olunub. Türkiyə və Yunanıstan arasında turzim sezonunda təlimlərin həyata keçirilməməsi ilə bağlı moratorium var. Bunu genişləndirməyə hazır olduğumuzu və bu mövzunu müzakirə edə biləcəyimizi onlara bildirmişik. Gözləyirik", - deyə o qeyd edib.