Pakistanın keçmiş baş naziri İmran Xan məhkəməyə gətirilərkən ciddi təhlükəsizlik tədbirləri görülüb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün onun zaminə buraxılması məsələsinə baxılacaq.
Xanın partiyası onun tərəfdarlarının siyasətçi ilə həmrəylik ifadə etmək üçün məhkəməyə toplaşacağını və görüşdən sonra eks-baş nazirin özünün çıxış edəcəyini açıqlayıb.
Qeyd edək ki, sabiq baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Gecə saatlarında baş verən toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda yaralıların olduğu deyilir.
İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.