Modern.az

Taxıl sazişinin müddəti 60 gün uzadılır 

Taxıl sazişinin müddəti 60 gün uzadılır 

12 May 2023, 12:19

Müddəti mayın 18-də bitəcək taxıl sazişi daha 60 gün uzadıla bilər.

 

Modern.az xəbər verir ki, TASS agentliyi bu barədə danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

 

Bildrilib ki, müvafiq qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirəcəyi gözlənilir.

 

“Taxıl sazişi 60 gün uzadıla bilər. Rusiya ola bilsin ki, buna sonuncu dəfə razılıq verir. Müqavilənin uzadılmasını ənənəvi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə telefon danışığından sonra səsləndirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də İstanbulda imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi