Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çinin CCTV kanalına müsahibə verib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
Bildirilib ki, bu gün müsahibə kanalın efirində yayımlanacaq. Tokayev Çinə dövlət səfəri ərəfəsində “Liderlərin söhbəti” proqramının Qazaxıstanla Çin arasında siyasi, iqtisadi, mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri, Qazaxıstan-Çin əlaqələrinin tarixi və bu günü ilə bağlı suallara aydınlıq gətirir. Müsahibədə münasibətlər, qlobal və regional siyasət də əhatə edilir.
"Liderlərin söhbəti" proqramı beynəlxalq problemləri işıqlandırmaq üzrə ixtisaslaşmışdır. Bundan əvvəl proqrama 20-dən çox dövlət başçısı və dünya təşkilatlarının rəhbərləri eksklüziv müsahibələr veriblər", - deyə qeyd olunub.