Modern.az

Brüssel danışıqları sülhə yaxınlaşmaq üçün səmərəlidir - Nazir müavini

Brüssel danışıqları sülhə yaxınlaşmaq üçün səmərəlidir - Nazir müavini

12 May 2023, 13:26

"Ermənistan və Azərbaycan XİN rəhbərləri arasındakı danışıqları mümkün sülh müqaviləsi ətrafında mövqelərin yaxınlaşması baxımından səmərəli mərhələ hesab edirəm".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

 

"Bununla belə, mayın 14-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə hələ də müzakirə olunacaq bir sıra məsələlər var", - o əlavə edib.

 

"1995-ci ildən mən Xarici İşlər Nazirliyi sistemindəyəm və danışıqların elə bir mərhələsini xatırlamıram ki, ya görüşdən əvvəl, ya da görüşdən sonra təxribatlar olmasın", - nazir müavini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi