Modern.az

İran və Avrasiya İqtisadi İttifaqı danışıqları başa çatdırdı

İran və Avrasiya İqtisadi İttifaqı danışıqları başa çatdırdı

12 May 2023, 13:35

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran azad ticarət sazişi layihəsi üzrə əsas müzakirələri başa çatdırıb.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu qurumun rəsmisi Andrey Slepnev bildirib.

 

Qeyd olunub ki, iyunun əvvəlində saziş layihəsi ittifaqın Hökumətlərarası Şurasının Soçidə keçiriləcək iclasında Aİİ ölkələrinin baş nazirlərinə təqdim olunacaq.

 

"İndi ittifaqın İranla ticarətinin həcmi təqribən 6 milyard dollardır və tam anlaşma ilə bu, 20 milyard dollara qədər arta bilər", - o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi