Modern.az

Zelenski Ali Baş Komandan Qərargahını TOPLADI

Zelenski Ali Baş Komandan Qərargahını TOPLADI

12 May 2023, 15:05

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahında iclas keçirib.

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, iştirakçılar raket və mərmilərin tədarükü məsələsini müzakirə edib.

 

Hərbçilər cəbhədəki vəziyyət barədə məlumat veriblər. İclasın gedişində Şərqi Qüvvələr Qrupunun komandanı Aleksandr Sırski və “Tavriya” əməliyyat-strateji qüvvələrinin komandiri Aleksandr Tarnavski cəbhə xəttindəki vəziyyətlə bağlı məruzə ediblər.

 

"İlkin ehtiyacları müəyyənləşdirdik, yeni briqadalar üçün texnika və sursatların alınması tempi ilə tanış olduq", - Zelenski bildirib.

 

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının, müdafiə naziri Oleksiy Reznikovun və Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinin məruzələrini dinlənilib.

 

“Biz silah-sursat və raketlərin tədarükü ilə bağlı bütün uzunmüddətli müqavilələrimizi yoxladıq”, - deyə Zelenski əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi