Modern.az

Lukaşenko BMT baş katibinə təşəkkür etdi - SƏBƏB

Lukaşenko BMT baş katibinə təşəkkür etdi - SƏBƏB

12 May 2023, 15:38

Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə təşəkkür edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Belarus prezidenti davamlı inkişaf məqsədləri üzrə sammitə dəvətə görə baş katibə minnətdarlığını bildirib və Belarusun bu sammitdə iştirak edəcəyinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, Belarusda keçirilmiş sonuncu prezident seçkilərindən sonra əksər Qərb ölkələri və beynəlxalq təşkilatlar Lukaşenko hakimiyyətini tanımır və digər namizəd Svetlana Tixanovskayanı legitim prezident hesab edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi