Ukrayna Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
"Bu gün bizim sanksiya günüdür. Bir neçə sanksiya paketi var, mən müvafiq fərmanları imzaladım", - o qeyd edib.
Ümumilikdə 41 şəxsə - 13 fiziki və 28 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.