İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə "İrna" agentliyi məlumat yayıb.
Kolonna Fransa vətəndaşının azad edilməsində İran İslam Respublikasının gördüyü humanitar işlərə görə minnətdarlığını bildirib və bunu etimadın möhkəmləndirilməsi üçün təsirli addım adlandırıb.
Nazirlər telefon söhbəti zamanı iki ölkəni birləşdirən qədim mədəni və tarixi köklərə diqqət çəkib, Fransanın İslami İrana real baxışını müsbət addım kimi qiymətləndirib.