Modern.az

Blinken və Kuleba əks-hücumu müzakirə etdi

Blinken və Kuleba əks-hücumu müzakirə etdi

13 May 2023, 10:30

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Nazirlər müttəfiqlərin Ukraynanın əks-hücumunun “uğuruna” necə töhfə verə biləcəyini müzakirə ediblər.

 

"Onlar Ukraynanın əks-hücum əməliyyatına davam edən hazırlığı, o cümlədən beynəlxalq tərəfdaşların töhfələrinin onun uğuruna necə töhfə verə biləcəyini müzakirə ediblər. Dövlət katibi Ukraynanın suverenliyinin Avropanın sülhü və təhlükəsizliyi üçün əhəmiyyətin vurğulayıb", - açıqlamada deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi