Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlkin məlumatlara görə, qəzaya səbəb helikopterin mühərrikinin yanması olub.
Bildirilir ki, Klintsovski rayonunda qəzaya uğrayan Mi-8 helikopterinin göyərtəsində olan şəxslər ölüb. Ölənlərin sayı barədə hələlik məlumat verilmir.