Rusiya ordusuna məxsus Su-34 döyüş təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qəza Ukrayna ilə sərhəddə yerləşən Bryansk vilayətində qəzaya uğrayıb.
“Su-34 qırıcısı Ukrayna sərhədi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olanların taleyi müəyyənləşdirilir”, - agentlik qeyd edib.
Ölkənin Fövqəladə Hallar Xidməti bildirib ki, hazırda qırıcının qəzaya uğramasının səbəbləri araşdırılır.
Qeyd edək ki, bundan əvvəl həmin bölgədə Mi-8 helikopterinin qəzaya uğradığı və 2 pilotun öldüyü açıqlanıb. "Mash" kanalı Mi-8 və Su-34-ün diversantlar tərəfindən vurula biləcəyini iddia edib. Məlumata görə, hücumda iştirak edə biləcək diversantların axtarışına başlanılıb.