Modern.az

Türkiyədə seçki qadağaları qüvvəyə minib

Türkiyədə seçki qadağaları qüvvəyə minib

13 May 2023, 19:25

Türkiyədə sabah keçiriləcək seçkilərdə təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.

 

Modern.az xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər.

 

Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.

 

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi