Modern.az

Almaniyadan Ukraynaya rekord hərbi YARDIM

Almaniyadan Ukraynaya rekord hərbi YARDIM

13 May 2023, 22:10

Almaniya Rusiyanın müharibəyə başlamasından bu yana Ukrayna üçün ən böyük hərbi yardımını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

 

O qeyd edib ki, hərbi yardımın həcmi 2,7 milyard avrodur (3 milyard dollar).

 

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, yeni yardım paketinə 30 ədəd "Leopard 1" tankı, 15 ədəd "Gepard" özüyeriyən zenit silahı, 200-dən çox kəşfiyyat vasitəsi və dörd IRIS-T-SLM zenit-raket kompleksi daxil olacaq.

 

“Biz bu dəhşətli və qanunsuz müharibənin tez bir zamanda bitməsini istəyirik... Təəssüf ki, bunun üçün hələ heç bir ilkin şərt yoxdur”, – Boris Pistorius bildirib. Nazir qeyd edib ki, Almaniya Kiyevə yardımı davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi