Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə keçirilir.
Qeyd edək ki, sabah Prezident İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək.