Modern.az

İsrail və Fələstin atəşkəs barədə razılığa gəldi

İsrail və Fələstin atəşkəs barədə razılığa gəldi

13 May 2023, 23:15

İsrail və Fələstin mayın 13-də axşam saat 22:00-dan etibarın atəşkəs barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

 

Atəşkəs razılaşması Misirin vasitəçiliyi ilə əldə olunub. Tərəflər yaşayış binalarına və mülki şəxslərə zərbə endirməməyə söz veriblər.

 

Bundan əvvəl “The Times of Israel” Misir rəsmisinə istinadən yazıb ki, İsrail yalnız Fələstin heç bir şərt irəli sürməsə, atəşkəsə razı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi