Ukrayna kəşfiyyatı 105 alman pilotsuz uçuş aparatı (PUA) alacaq.
Modern.az Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (GUR) Teleqram kanalına istinadən xəbər verir ki, kəşfiyyatçılar ümumilikdə 105 belə avadanlıq alacaqlar.
Təslimat Ukrayna Müdafiə Nazirliyinin Almaniyanın PUA istehsalçısı “Quantum-Systems GmbH” ilə müqaviləsi əsasında həyata keçiriləcək. Bildirilib ki, bu silahlar Almaniya hökumətinin ayırdığı maliyyə əsasında Ukrayna ordusunun aldığı ikinci partiya olacaq.
Qeyd edək ki, Almaniya istehsalı Vektor PUA-ları 24 saat ərzində hədəfi təyin etmək üçün elektro-optik və infraqırmızı sensorlarla, həmçinin real vaxt rejimində döyüş tapşırıqları zamanı məlumat ötürə və video yayımlaya biləcək təhlükəsiz kanallarla təchiz edilib. Ukrayna GUR əlavə edib ki, keçmişdə belə pilotsuz təyyarələr döyüş meydanında yüksək effektivlik nümayiş etdirib.