Modern.az

İsrail və Fələstin arasında atəşkəs POZULDU

İsrail və Fələstin arasında atəşkəs POZULDU

14 May 2023, 22:22

Misirin vasitəçiliyi ilə İsrail və Fələstin arasında əldə edilən atəşkəs bu gün pozulub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Qəzzadan İsrailin cənubuna raket atılıb. Qısa müddət sonra Qəzzanın şimalında partlayış səsləri eşidilib və silahlıların postunun İsrail tərəfindən vurulduğu qeyd olunub.

 

Fələstin yaraqlı qrupları raketin buraxılışının “texniki səhv” olduğunu deyib. İsrail ordusu isə Qəzzadan atılan raketin açıq əraziyə düşdüyünü açıqlayıb. Hər iki tərəfdən xəsarət alanın olmadığı vurğulanıb.

 

Qeyd edək ki, İsrail və Fələstin mayın 13-i axşam saat 22:00-dan etibarın atəşkəs barədə razılığa gəliblər. Atəşkəs razılaşması Misirin vasitəçiliyi ilə əldə olunub. Tərəflər yaşayış binalarına və mülki şəxslərə zərbə endirməməyə söz veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi