Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşüb.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, həmsöhbətlər regional vəziyyət və təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.
Qriqoryan bu yaxınlarda Vaşinqton və Brüsseldə Ermənistan-Azərbaycan danışıqlarının təfərrüatlarını da qarşı tərəfə təqdim edib. O, Ermənistan tərəfinin ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olduğunu bildirib.
Görüşdə həmçinin Ermənistan-NATO ikitərəfli tərəfdaşlığının, xüsusən də fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramının inkişafına toxunulub.