Modern.az

Fransa ukraynalı pilotlara təlim keçməyə hazırdır - Makron

Fransa ukraynalı pilotlara təlim keçməyə hazırdır - Makron

Dünya

15 May 2023, 23:23

Fransa Ukrayna ordusunun qırıcı pilotlarına təlim keçməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron TF1-ə müsahibəsində deyib.

 

"Biz pilotların hazırlığı üçün qapını bir neçə digər Avropa ölkəsi ilə açmışıq, onlar da buna hazırdırlar. Düşünürəm ki, amerikalılarla danışıqlar aparılır", - o qeyd edib.

 

Ukraynaya döyüş təyyarələrinin tədarükü ilə bağlı sualı cavablandıran Makron bildirib ki, səfəri zamanı Zelenski ilə bu məsələni müzakirə etməyib: “Mən təyyarələrdən danışmamışam, raketlərdən, pilot hazırlığından danışmışam”.

 

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Parisə səfər edib və burada Makronla görüşüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi