Modern.az

Kılıçdaroğlunun müavini İSTEFA VERDİ - FOTO

Kılıçdaroğlunun müavini İSTEFA VERDİ - FOTO

Dünya

16 May 2023, 09:54

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) informasiya və kommunikasiya texnologiyaları üzrə sədr müavini Onursal Adıgüzel istefa verib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib.

 

"İctimai rəydə əmələ gələn qənaətə görə seçki axşamı sistemlərimizin işləməsinə və heç bir texniki nasazlıq yaşanmamasına baxmayaraq sədrimiz cənab Kemal Kılıçdaroğlunun seçki prosesinə zərər verməmək üçün 2018-ci ildən bəri davam etdirdiyim vəzifəmdən ayrılıram", - deyə o yazıb.

 

Qeyd edək ki, O.Adıgüzel partiyanın seçki nəticələrinin yükləndiyi elektron informasiya bazası üzrə cavabdeh şəxs olub. Türkiyədəki seçkilərdə heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün prezident seçkiləri ikinci tura qalıb.

 

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin xarici siyasət prioritetləri - ARAŞDIRMA
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi