Modern.az

KTMT-dən çıxmaq istəyirdik, amma… - Ermənistan XİN

KTMT-dən çıxmaq istəyirdik, amma… - Ermənistan XİN

Dünya

16 May 2023, 12:56

"KTMT-dən çıxmaq mümkünlüyü müzakirə olunub, amma indi İrəvanın gündəliyində belə bir məsələ yoxdur".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, məsələ 2022-ci ilin sentyabrında Təhlükəsizlik Şurasının iclasında qaldırılıb, amma belə bir addım atmamaq, İrəvanda keçiriləcək sammit ərəfəsində blokla işi davam etdirmək qərara alınıb.

 

"Daha sonra İrəvan görüşündə bəzi məsələlər müzakirə olundu, hazırda iş davam edir. Yaxın vaxtlarda təşkilatın Cənubi Qafqazdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı müzakirələr davam etdiriləcək", - o əlavə edib.

 

Diplomat qeyd edib ki, regionda vəziyyət ağırdır və Ermənistan KTMT-nin üzvü olmaqla üzərinə öhdəliklər götürərək müəyyən nəticələrə ümid etməkdə davam edir.

 

"Ermənistanla Azərbaycan arasında dialoq üçün eyni vaxtda bir neçə platformadan, o cümlədən Rusiya platformasından istifadə olunur", - Mirzoyanın müavini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi