"Rusiya Federasiyasında bəzi Şərqi Avropa ölkələrinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarını pozması barədə məlumatlar var".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya Federasiyası ABŞ ordusunun Finlandiyaya yerləşdirilməsinə cavab vermək üçün bir yol tapacaq, Moskvanı qorxutmaq alınmayacaq. Moskva sanksiyalar məsələsini müzakirə etməyəcək", - o əlavə edib.