Ukraynanın birinci xanımı Olena Zelenskaya Cənubi Koreya prezidenti Yun Suk Yeol ilə görüşüb.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, o, ölkəsi üçün hərbi yardım istəyib.
Bildirilib ki, xanım Zelenskaya Yeolla görüşərək ondan Ukraynaya mina detektorları kimi dinc məqsədləri olan hərbi texnika şəklində dəstək alacağına ümid etdiyini bildirib. O, həmçinin Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya “daha radikal” dəstək verməyə çağırıb.
Artilleriya mərmilərinin əsas istehsalçısı olan Cənubi Koreya Rusiya ilə münasibətlərini əsas gətirərək Ukraynanı silahlarla təmin etmədiyini bildirib. Qeyd olunub ki, Cənubi Koreya Ukrayna xalqına fəal şəkildə kömək edəcək.
Bundan əvvəl Yeol açıqlamışdı ki, Ukraynada mülki əhali genişmiqyaslı hücuma məruz qalarsa və ya "beynəlxalq ictimaiyyətin razılaşa bilməyəcəyi vəziyyət yaranarsa, Cənubi Koreya hökuməti yalnız humanitar yardım və ya maliyyə dəstəyində israr etməyəcək.