Modern.az

ABŞ “Patriot” sisteminin vurulduğunu təsdiqlədi

ABŞ “Patriot” sisteminin vurulduğunu təsdiqlədi

Dünya

16 May 2023, 21:37

ABŞ-ın Ukraynaya verdiyi "Patriot" zenit-raket kompleksi çox güman ki, Rusiyanın raket hücumu nəticəsində zədələnib, lakin məhv olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi CNN-ə bildirib.

 

Onun sözlərinə görə, ABŞ dəymiş ziyanın həcmini qiymətləndirir və ukraynalı mütəxəssislər tərəfindən sistemi yerindəcə təmir etməyin mümkün olub-olmadığını müəyyən etməyə çalışır.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Kiyev şəhərində “Kinjal” hipersəs raket kompleksinin yüksək dəqiqlikli zərbəsi ilə ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksini vurduğunu açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi