Modern.az

Ukraynanın bərpası üçün nə qədər pul lazımdır? - BMT açıqladı

Ukraynanın bərpası üçün nə qədər pul lazımdır? - BMT açıqladı

Dünya

17 May 2023, 00:13

BMT-nin hesablamalarına görə, beynəlxalq təşkilatların maliyyə yardımına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında deyilir.

 

Bildirilir ki, 2022-ci ildə Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun böyük hissəsini itirib, 2022-ci ildə 29,1% azalma olub.

 

Hesabata görə, Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır. Mayın 4-də Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə dəyən ziyanın 400 milyard dollar olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi