Mayın 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Reykyavikdə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən məlumat verilib.
Görüş zamanı regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə edilib.
Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələr barədə həmkarına məlumat verib.