Modern.az

Britaniya, Fransa və Niderland \"qırıcı koalisiyası\" yaradır

Britaniya, Fransa və Niderland \

17 May 2023, 10:50

Britaniyanın baş naziri Rişi Sunak və Niderland baş naziri Mark Rutte Ukraynanı döyüş təyyarələri ilə təmin etmək üçün beynəlxalq koalisiya qurmaq barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, Fransanın da koalisiyaya qoşulacağı gözlənilir.

 

Bu həftənin əvvəlində Londona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski qərarı müsbət qarşılayıb. Zelenski Fransanın da bu qərarı dəstəklədiyini bildirib.

 

"Dünən Fransa prezidenti Makron, bu gün isə Niderland baş naziri Mark Rutte bunu dəstəklədi. Bu, koalisiya üçün yaxşı başlanğıcdır", - Zelenski deyib. 

 

Qeyd edək ki, Ukrayna Rusiyaya qarşı müharibədə Qərb ölkələrindən F-16 və digər döyüş təyyarələri istəyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi