Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, əməliyyat Suriyanın şimalında gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının Aynularab (Kobani) bölgəsi üzrə maliyyədən "məsul şəxs"i Tuba Karakoç zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.